Cümhurriyyətin 100 illiyinə həsr olunmuş “ Yaşa Azərbaycan “ adlı tədbir keçirildi
24.05.2018-ci il tarixində məktəbimizin tarix müəllimləri Xəlilova Firəngiz və Nəcəfova Şəlalənin rəhbərliyi ilə Cümhurriyyətin 100 illiyinə həsr olunmuş “ Yaşa Azərbaycan “ adlı tədbir keçirildi.Tədbirdə məktəbin V-XI sinif şagirdləri böyük həvəslə iştirak etdilər. 5c sinfinin şagirdləri mahnı töhfələri ilə tədbirə rəng qatdılar.Eyni zamanda yuxarı sinif şagirdləri də öz musiqi nömrələri ilə çıxış etdilər. Tək arzumuz və amalımız müstəqilliyimizin əbədi olmasıdır. Bizə cümhurriyyət qürurunu yaşadan M. Ə. Rəsulzadə və onun silahdaşlarının ruhu şad olsun.