Azərbaycan Xalq Cümhurriyyətinin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirildi
17.05.2018 – ci il tarixində E.Əliyev adına 234 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş intellektual oyun keçirildi. Bu ərəfədə belə bilik yarışmaları, oyunlar , demək olar ki, bütün məktəblərdə keçirilir. Amma bizim məktəbdə keçirilən yarışmanın özəlliyi ondan ibarət oldu ki, burada hər kəs oyuna cəlb olundu. Yaşından asılı olmayaraq, 68 yaşlı müəlliməmiz də, 22 yaşlı müəlliməmiz də, peşəsindən asılı olmayaraq, müəllim də, kitabxanaçı da, laborant da, psixoloq da, tibb bacısı da, katibə də... Bir sozlə, könüllü olaraq hər kəs iştirak etdi.
Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər Rayon Gənclər və İdman İdarəsində baş məsləhətçi Rəşad Rəhimov, Xəzər Rayon Gənclər Evinin direktoru Əligül Ağayev də iştirak edirdi. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Daha sonra azyaşlı şagirdlərimiz Bayrağa Sədaqət andı içdilər. Məktəbin direktoru Könül xanım Məmmədli yarışın qaydaları ilə komandaları tanış edərək hər kəsə uğurlar arzuladı. Gərgin mübarizədən sonra “İstiqlal” komandası oyunun qalibi oldu. Sonda qalib komandalar fəxri fərmanlarla təltif olundular. “İstiqlal” komandasının üzvlərinə kuboklar təqdim olundu. I, II, və III yerin sahiblərinə Akademik Milli Dram Teatrında tamaşaya biletlər təqdim olundu. Qaliblərimizi təbrik edir, hər zaman istiqlalımızın bərqərar olmasını diləyirik!