Hər zaman yeri görünən ulu öndər...
10.05.2018-ci ildə 234 nömrəli məktəbdə ulu öndərin anadan olmasının 95 illiyi ilə əlaqədar " Tarixdə şəxsiyyətin rolu " adlı dəyirmi masa keçirildi.Heydər Əliyev hadisələri dözgün qiymətləndirən böyük dövlət xadimi idi. Tarixi hadisələrin axarını hələ bir neçə il əvvəl müəyyən edə bilirdi.
Ulu öndərin diplomatik fəaliyyəti nəticəsində dünya birliyi Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını və Azərbaycanın ərazi bütövlüyünü tanıdı.
Tədbirdə iştirak edən şagirdlər H. Əliyevin həyatını əks etdirən video çarxa baxdılar, şeirlər söylədilər.