“British Council” təşkilatı ilə birgə keçirilən 10-11-ci sinif şagirdləri arasında Akademik Məqsədlər üçün III İngilis Dili Olimpiadasının nəticələri elan olunub

May ayının 3-də “ADA” Universitetində “British Council” təşkilatı ilə birgə keçirilən 10-11-ci sinif şagirdləri arasında Akademik Məqsədlər üçün III İngilis Dili Olimpiadasının nəticələri elan olunub. Olimpiadada Bakı şəhəri üzrə 188 məktəbdən 835 nəfər yuxarı sinif şagirdi iştirak edib. Olimpiadanın birinci mərhələsi “ADA” Universitetinin tərəfdaş məktəbi olan 132-134 nömrəli Təhsil Kompleksində keçirilib. Bu mərhələdə iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. Şagirdlərdən 94-ü, o cümlədən bizim məktəbin XIA sinif şagirdi Əsədzadə Fatimə  müvəffəqiyyətlə ikinci mərhələyə keçib.

“ADA” Universitetində keçirilən ikinci mərhələdə isə şagirdlər yazı və dinləmə qabiliyyəti üzrə bacarıqlarını sınayıblar. Bu mərhələdə də Ə.Fatimə fərqlənərək 94 şagird arasında 31 yeri tutaraq sertifikat qazanmışdır.

       Fatiməni və onun üzərində əməyi olan bütün müəllimləri, xüsusilə ingilis dili müəllimi Səadət Fərəczadəni ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi