Məktəbimizin 2 şagirdi olimpiadanın final mərhələsində
Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bizi çox sevindirdi. Məktəbimizin 2 şagirdi Baxşiyeva Günay və Müslümova Sevinc Azərbaycan dili və ədəbiyyat fənni üzrə final turuna vəsiqə qazanıblar. Məktəbin direktoru Könül xanım Məmmədli uğur qazanan şagirdlərlə və onların fənn müəllimləri ilə görüşərək hər birini bu uğur münasibətilə səmimi qəlbdən təbrik etdi, növbəti mərhələdə müvəffəqiyyət arzuladı, tövsiyələr verdi. Şagirdlər rəhbərlik tərəfindən diplomlarla təltif olundular.