Şanlı hərb tariximiz

24 dekabr 2015-ci il tarixində məktəbimizdə “Şanlı hərb tariximiz “ mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin hərbi rəhbəri Vüqar Məcidov və tarix müəllimiFirəngiz Xəlilova çıxış edərək Azərbaycanın məhşur hərbiçiləri, o cümlədən bu il 160 illik yubileyi qeyd olunan Səməd bəy Sadiq bəy oğlu Mehmandarov və 120 illik yubileyi qeyd edilən Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Tədbirdə iştirak edən VIII sinif şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Məktəbin foyesində tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyevanın rəhbərliyi ilə IX və X sinif şagirdləri tərəfindən hazırlanmış Cəmşid Naxçıvanskinin , Səməd bəy Mehmandarovun keçdikləri şərəfli və mübariz həyat yolunu əks etdirən “Sizinlə fəxr edirik”, “Mübariziylə gedən yol” , “Unudulmaz sərkərdələrimiz” adlı divar qəzetləri , eləcə də Sovet İttifaqı Qəhrəmanları və Milli Qəhrəmanlarımız haqqında hazırlanan bülletenlər nümayiş etdirildi. Bu bülletenlər bir daha göstərir ki, heç kim unudulmur, heç nə yaddan çıxmır.Dəyirmi masada məktəbin tarix müəllimi Firəngiz Xəlilovanın rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanmış “ Qarabağ tarixi” , “ İgid qəhrəmanlarımız”, “İtirdiyimiz maddi və mənəvi sərvətlərimiz”, “ Vətənimizi sevək”, “Sabahın əsgəri olmağa hazırsanmı” adlı refaratlar tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənildi. Diskussiyada iştirak edən şagirdlər refaratlara ayrı ayrılıqda öz rəylərini bildirdilər.Məktəbin hərbi rəhbəri Vüqar Məcidovun vətənpərvərlik ruhunda apardığı söhbət şagirdləır tərəfindən maraqla dinlənildi. Vüqar müəllim şagirdlərə bildirdi ki,bu gün onların hər biri əsil vətəndaş olmalıdırlar. Vüqar müəllimin çıxışından sonra məktəbin VIII sinif şagirdləri vətənimizin igid, mərd oğullarına həsr etdikləri şeirləri oxudular.VIII sinif şagirdi Vahid Əlizadənin özü yazdığı “Əsgər” şerini hamı həvəslə dinlədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi