Asudə vaxtımızı səmərəli keçiririk
İbtidai sinif müəllimi Elnarə Şiriyeva 3c sinif şagirdlərini yaz tətili günlərinin maraqlı və əyləncəli keçirilməsi üçün “ Pizza” adlı iaşə müəssəsinə ekskursiya təşkil etmişdir.
Müəssisə işçiləri pizza və xəmirdən hazırlanan digər qida məhsullarının hazırlanma texnologiyası haqqında şagirdlərə ətraflı məlumat vermişlər.
Balaca aşpazlar ustaların köməyi ilə hazırladıqları pizzaları həvəslə alıcılara təqdim etmiş və müəssisə işçilərinə göstərdikləri qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.