5 Mart -  Beynəlxalq Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir

 

Bu gün Azərbaycan idmanı üçün xususilə əlamətdar bir gündü.  Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz H . Əliyev dünya və Avropa çempionatlarının  qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni starategiyanın təməlini qoyaraq İdman  Fondunu təsis  etmisdir.

 Həmin məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir.

    Bizim məktəbimizin də idman və bədən tərbiyəsi sahəsində çox böyük uğurları vardır. Buna idmançılarımızın idman yarışlarının final mərhələsindən qələbə ilə irəlilərək kubok, medal və sertifikatlarla qayıtması əyani subutdur.

     İdman növlərində  (voleybol, basketbol, atletika, badminton)  və olimpiya yarışlarında qələbə qazanmaq məktəbimizin komandası üçün artıq ənənə halını alıb. Bu ənənə bu gün də davam edir.

    Bu nəaliyyətlərin əldə edilməsində fiziki tərbiyə müəllimlərinin -  Rüstəm Cəfərovun , Emil Daşdəmirovun, Vüqar Qədirovun əməyi çox böyükdür.

 “ Bakı- 2017”  IV İslam Həmrəylik oyunlarında  voleybol üzrə hakim təyin olunmuş fiziki tərbiyə müəliminin R. Cəfərov fəal iştirakına görə sertifikat və medala layiq görülmüşdür.

     Məktəbimizin direktoru Könül Məmmədli yarışlarda 1, 2, 3 yerə  layiq görülən, fəxri fərmanları , medalları ilə məktəbin şərəfini uca tutan şagirdlərlə görüşmüş və onlara qələbələrinin davamlı olmasını arzulamışdır.

    İdmançılar da onlara göstərilən diqqət və qayğıya görə Könül müəliməyə öz təşəkkürlərini bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi