Təhlükəsiz həyatın keşiyində...
1 Mart – Beynəlxalq Mülki Müdafiə Günü ilə əlaqədar məktəbdə təfbirlər planı hazırlandı.
Hazırlanmış plana əsasən ibtidai siniflərdə “ Fəlakətlərə qarşı hazırlıqlı olaq “ adlı tədbirlər keçirildi. Sinif saatlarında da bu mövzu müzakirə olundu.
01.03.2018 tarixdə məktəbin tarix müəllimi Zenfira Babayeva VI – VIII sinif şagirdləri ilə birlikdə tədbir keçirtdi.
Tədbiri Mülki – Müdafiə qərargah rəisi İradə Atakişiyeva açdı.
Zenfira Babayeva şagirdlərə bildirdi ki, Azərbaycanın əmin-amanlığı və rifahi naminə təbii fəlakətlərə qarşı mübarizə aparmaq hər bir vətəndaşın borcudur. Şagirdlər yanıqlar,sınıqlar,qanaxmalar zamanı ilk tibbi yardım haqqında dinləyicilərə ətraflı məlumat verdilər.
Əleyhqaz, respirator, pambıqlı tənzifdən, pambıqdan isdifadə qaydaları əyani şəkildə şagirdlər tərəfindən göstərildi. Zenfira müəllimə təbii fəlakətlər haqqında şagirdlərə ətraflı məlumat verdi və çıxışını Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sözləri ilə bitirdi. “ Fövqəladə Hallar Nazirliyi elə fəaliyyət göstərməlidir ki, əhalinin ümid yeri olsun, Azərbaycan vətəndaşları təhlükəsiz işləsin, yaşasın və istirahət etsin. “ (İlham Əliyev )
Tədbirdə şagirdlərin Mülki – Müdafiə Günü ilə əlaqədar çəkdikləri rəsmlər də nümayiş etdirildi.