Xocalı – qan yaddaşımız !

                                                            

     Məktəbdə Xocalı  faciəsi anıldı, bir daha tarixə qanla yazılmış bu faciə xatırlandı. Bu tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Şəmşiyyə  və  tarix müəllimi Xəlilova  Firəngizin rəhbərliyi ilə  8b  sinif şagirdləri hazırlamışdı.

    Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı. Bir dəqiqəlik sükutla Xocalı şagirdlərinin ruhu anıldı.

    Tədbirdə məktəbin direktoru Könül Məmmədli də iştirak etdi. O, şagirdlərin qarşısında çıxış edərək qeyd etdi ki, Xocalı faciəsi XX əsrin taleyinə yazılmış ən qanlı faciədir. Könül müəllimə bu günün şagirdlərinin sabahın qurucuları olduğunu dedi və bir daha qeyd etdi ki, siz tarixinizi yaxşı bilməklə gələcəkdə xalqımıza qarşı yönəldilən hər cür haqsızlığın qarşısını almış olacaqsınız.

    Tədbirdə şagirdlərin ifasında qanlı Xocalı hadisələri haqqında olan şeirlər səsləndi. Şagirdlər Xocalı hadisəsi, bu hadisənin törətdiyi vəhşiliklər acınacaqlı faktlarla çıxış etdilər.

    İbtidai siniflərdə də “ Xocalı qan yaddaşımızdır “ adlı silsilə təfbirlər keçirildi.

Keçirilən tədbirlər sabah, gələcəyə inam ruhunda başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi