“ Ana dilim, şirin dil...” adlı şeir müsabiqəsi keçirildi

                                         “ Füzuli zirvəli, Vaqif arxalı,

                                          Mənim Qorqud dilim, Ələsgər dilim

                                          Ömrümün naxışı, bəxtimin xalı

                                          Dadda, şirinlikdə bal, şəkər dilim “

     23.02.18 tarixdə Beynəlxalq Ana Dili Günü münasibətilə II sinif şagirdləri arasında keçirilən

“ Ana dilim, şirin dil...” adlı şeir müsabiqəsində səslənən bu misralar balaca fidanların doğma dilimizə olan böyük sevgisinin etirafıdır.

     Tədbirə səylə hazırlaşan ikincilərin söylədikləri şeirlər, oxuduqları mahnılar, hazırladıqları səhnəciklər dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.

     Görkəmli şairlərimizin vətən, dil, yurd sevgisi haqqında yazılan şeirlərini şagirdlər həm Azərbaycan, həm rus, həm ləzgi, həm talış, həm də ingilis dilində səsləndirdilər.

      Müsabiqədə I, II, və III yerə layiq görülən şagirdlərə münsiflər heyəti tərəfindən diplom və mükafatlar təqdim edildi.

      Tədbirdə iştirak edən şairə Gülarə Munis çox böyük həvəslə öz şeirlər kitabını qaliblərə hediyyə etdi.

      Tədbirin sonunda məktəbin direktoru Könül Məmmədli çıxış edərək bildirdi ki, belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti vardır. Hər bir azərbaycanlı öz doğma dilimi sevməli, qorumalı, sadiq əsgər kimi onun keşiyində durmalıdır.

     Könül Məmmədli belə maraqlı , məzmunlu tədbirin hazırlanmasında əməyi olan ibtidai sinif müəllimlərinə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi