Ana dili gününə həsr olunmuş tədbir keçirildi

21.02.18 tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) dərs dediyi VI, VIII, XI sinif şagirdləri ilə birlikdə Beynəlxalq Ana Dili Günü münasibətilə ədəbi-bədii tədbir hazırlamışdır. Azərbaycan Respublikasının dövlət himninin möhtəşəm sədaları altında açılan tədbirdə şagirdlər dilimizin tarixi, görkəmli elm və ədəbiyyat xadimlərinin dilimiz haqqında fikirləri səsləndirilmiş, B.Vahabzadə, X.R.Ulutürk, M.Şəhriyar, T.Bayram, Z.Yaqub kimi şairlərin şeirləri ifa olunmuşdur. Ana dilimiz milli mənliyimizin, milli mənəviyyatımızın göstəricisi, milli qeyrətimiz, milli kimliyimiz kimi mənalandırılmış, milli birliyimizin təminatçısı kimi dəyərləndirilmişdir. Tədbirdə məktəbin kiçik ansamblının ifasında Azərbaycana həsr olunmuş mahnılar ifa edilmişdir. Tədbir ümummilli lider Heydər Əliyevin dilimiz haqqında fikirləri ilə yekunlaşdırılmış,  iştirakçıların və tamaşaçıların birlikdə ifa etdikləri “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə sona çatmışdır.

          Məktəbin direktoru Könül Məmmədli tədbirin sonunda çıxış edərək bu gözəl günün hər bir vətənpərvər üçün böyük dəyər daşıdığını vurğulamış, ana dilimizə məhəbbət və ehtiramın bariz nümunəsi olan bu tədbir üçün Kəmalə müəllimə və şagirdlərə təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi