Əsər müzakirəsi keçirildi

          Şagirdlərin mütaliə vərdişlərinin formalaşması və inkişaf etdirilməsi istiqamətində məktəbimizdə məqsədyönlü iş aparılır. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) dərs dediyi VIIIA və VIIIC sinif şagirdləri ilə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyasının mütaliəsini təşkil etmiş və 19.02.2018 tarixdə məktəb kitabxanasında əsərin müzakirəsini keçirmişdir. Şagirdlər əsərin qısa məzmununu danışmış, əsərin mövzusu və ideyası ilə bağlı fikirlərini bölüşmüşlər. Məktəbin XIA sinif şagirdi Yusubova Aysel  Gülbaharın monoloqunu  ifa etmişdir. Çıxış edən şagirdlər ən möhtəşəm Vətən himni, vətənpərvərlik mövzusunda yazılmış bütün əsərlərin mənəvi anası, ən gözəl Azərbaycannamə kimi dəyərləndirilən bu monoloqun böyük tarixi əhəmiyyət daşımaqla yanaşı, bütün dövrlər üçün aktual olmasını da vurğulamışlar. Kəmalə müəllimə Beynəlxalq Ana Dili Günü ərəfəsində məhz bu əsərin mütaliə və  müzakirəsini keçirməklə ana dilimizin  -  Vətənimizin və xalqımızın mənəvi diriliyi, milli mənəviyyatımız, milli qeyrətimiz olduğunu bir daha vurğulamaq istədiyini söyləmişdir.  Müzakirənin sonunda çıxış edənlər: tarix müəllimi Firəngiz Xəlilova, məktəbin psixoloqu Samirə Alışayeva və kitabxanaçı Səbinə Sultani Kəmalə müəllimə və şagirdlərə belə maraqlı müzakirə üçün təşəkkür etdilər, xalqımızın tarixi keçmişinin öyrənilməsi, şagirdlərin dünyagörüşlərinin və nitq mədəniyyətlərinin inkişaf etdirilməsində  mütaliənin böyük rolunu xüsusi qeyd etdilər, çıxış edən şagirdlərin səlis və rəvan nitqlərinin bunun bariz nümunəsi olduğunu vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi