Narkomaniya ilə mübarizə hər birimizin işidir
Xəzər rayonu E.Əliyev adına 234№li tam orta məktəbdə 15 dekabr 2015-ci il tarixində “Narkomaniya ilə mübarizə hər birimizin işidir” mövzusunda tədbir keçirilmişdir. Xəzər RPİ-nin rəis müavini polis polkovniki Dəyanət Əliyev, ərazi PB-nin rəisi polis polkovniki Sahib Babayev, Xəzər RPİ-nın Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis mayoru Samir Ağayev, polis kapitanı Sadıq Məmmədov və polis leytenantı Müşfiq Abdullayev tədbirdə iştirak edərək IX-XI sinif şagirdləri ilə Azərbaycan qanunvericiliyi, cəmiyyətin ictimai bəlasına çevrilmiş narkomaniya və onunla mübarizə üsulları haqqında söhbət aparmışlar. Məktəbin müəllimləri və şagirdləri ilə diskussiya şəraitində keçən tədbir maarifləndirici xarakter daşımışdır.Tədbirin sonunda məktəbin direktoru Ü.Məmmədov bu tədris ilində müxtəlif idman yarışlarında fəxri yerlər tutmuş, şagirdlərə və onların fiziki tərbiyə müəllimlərinə diplomlar verərək çıxış etmiş, sağalam bədəndə sağlam ruh olmasını vurğulamışdıır.