Pedaqoji şuranın növbəti iclası keçirildi

31 yanvar 2018-ci il tarixdə I yarımilin yekunlarına həsr olunmuş pedaqoji şuranın növbəti iclası keçirildi. Pedaqoji şuranın sədri - məktəbə yeni təyin olunmuş direktor Könül Yusif qızı Məmmədli iştirakçıları müzakirə olunacaq məsələlərlə tanış etdi. Məktəbin direktor müavinləri 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” olması ilə  əlaqədar  I yarımil ərzində görülən işlər, məktəbin iştirak etdiyi layihə və müsabiqələr haqqında hesabat verdilər.

Könül Məmmədli II yarımildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. İclasda buraxılış imtahanlarına hazırlıq işlərinin təşkili də müzakirə olundu.

Sonda Könül Məmmədli pedaqoji şuraya qədər ibtidai və IX, X və XI sinif şagirdlərinin valideynləri ilə görüşü haqqında iclas iştirakçılarına məlumat verdi.

XI sinif şagirdləri ilə də görüşdüyünü və belə görüşlərin təhsilin və təlimin keyfiyyətinə yüksək təsir göstərdiyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi