Gənclər bizim gələcəyimizdir
02 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını qeyd edirlər.
Ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi ilə desək: “Gənclər bizim gələcəyimizdir”. Azərbaycanın gələcəyi bugünkü gənclərimizdən asılıdır. Odur ki, gənclərimizin normal inkişafı üçün lazımi şərait yaratmalı, hər birimiz onlara diqqət və qayğı ilə yanaşmalıyıq”.
Gənclər günü ilə əlaqədar məktəbimizin X – XI sinif şagirdləri arasında bosketbol idman növü üzrə keçirilən yarış şagirdlər tərəfindən rəğbətlə qarşılandı. Şahmat həvəskarları isə şahmat üzrə keçirilən yarışda həvəslə iştirak etdilər.