Dahilər unudulmur

Emin Əliyev adına 234 №-li tam orta məktəbdə 11.12.2015-ci il tarixində böyük şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş " Dahilər unudulmur " adlı tədbir keçirildi. VIII, IX, X sinif şagirdlərinin iştirak etdiyi bu tədbiri məktəbin tarix müəllimi Nəcəfova Şəlalə müəllimə keçirdi. Tədbirdə Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video yazı nümayiş etdirildi. Tədbirdə xalq şairi Zəlimxan Yaqubun " Qara xəbərin acısı " şeiri səsləndirildi. Sözləri Baba Vəziroğluna, musiqisi Kamala aid olan " Xalq Heydər söyləyəcək " mahnısının şagirdlərin canlı ifası bir daha gənc nəslin Heydər Əliyevə olan böyük məhəbbətinin ifadəsidir.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənc nəslin qəlbində daim yaşayacaq. Bunu tədbirin sonunda rəhbərin vətən, xalq, torpaq haqqqında söylədiyi fikirlərin şagirdlər tərəfindən əzbər söylənilməsi bir daha sübut etdi; " Mənim üçün hər şeydən əziz mənim vətənimdir, mənim xalqımdır, mənim torpağımdır."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi