MƏKTƏBİN BALACALARININ YENI İL ŞƏNLİYİ

     Bütün ibtidai sinif şagirdlərinin iştirakı ilə “2018- ci il” yeni il şənliyi məktəbin idman zalında keçirildi. Bu şənliyin məzmun cavabdehliyini ibtidai sinif müəllimi Cəlalə Məhərrəmova, tərtibat işlərini məktəbin təşkilatçısı və rəsm müəllimi Elmira Əliyeva öz öhdəsinə götürmüşdü. Aparıcı VI c sinif şagirdi Yəmən Şamiyeva  uşaqları salamlayıb şənliyin Qar qızını və Şaxta babasını  bayrama dəvət etdi. Şənlik məzmunlu, rəngarəng keçdi. Balaca fidanların rəqsləri , səhnəcikləri, söylədikləri şeirlər, tapmacalar, estafet oyunları hamıda şən əhval- ruhiyyə yaratdı. Şagirdlər ingilis xalqının “Kökələr” uşaq rəqsinə, rus dilində cizgi filmindən canlandırılmış “Qar qız” tamaşasına baxdılar. Bu şənlikdə  hazırlıq qrupun beş yaşlıları da  “Sirk itləri” , “Dovşanlar”ın rəqsi və “Fanarlı qnomlar”ın rəqsi nömrələri ilə hamını əyləndirdilər. Sonda uşaqlar  “Dostluq himni” mahnısı sədaları altında yallı  gedərək   şənliyi  tamamladılar. Şaxta baba və Qar qız hamını  birliyə , həmrəyliyə səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi