“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə”
“2017-2018-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2017-ci il tarixli əmrinin (№399) icrası ilə əlaqədar qarşıda duran məsələlər məktəbimizin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin növbəti iclasında müzakirə olunmuş, təşkilat komitəsi yaradılmış, tədbirlər planı hazırlanmışdır. Tədbirlər planı çərçivəsində müsabiqənin məktəb turunun ilkin mərhələsi kimi məktəb üzrə mütaliəyə daha çox meyilli şagirdlərin siyahısı və reytinq cədvəli hazırlanmışdır. 25.12.2017-ci il tarixində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb turunun ikinci mərhələsi keçirilmişdir. Müsabiqənin ilkin mərhələsini keçmiş 36 şagirddən 20 nəfəri bu mərhələdə iştirak etmiş, onlara verilmiş 5 sualı yazılı cavablandırmışlar. İşlər yoxlanıldıqdan sonra nəticələr ictimai lövhədə əks olunacaqdır.