“Mənim tanrım gözəllikdir, sevgidir” adlı ədəbi-bədii tədbir
21.12.2017-ci il tarixdə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva VIII-XI sinif şagirdləri ilə birlikdə “Mənim tanrım gözəllikdir, sevgidir” adlı ədəbi-bədii tədbir keçirmişdir. Azərbaycan romantizm cərəyanının ən görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında mənzum faciənin və romantik mənzum dramın banisi olan Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbirdə böyük ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilmiş, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Çoban türküsü”, “Qız məktəbində” şeirləri səsləndirilmiş, “Ana”, “Şeyx Sənan”, “İblis” və “Xəyyam” əsərlərindən kiçik səhnəciklər nümayiş etdirilmişdir. Tədbirdə Azərbaycan mədəniyyəti tarixində ilk dəfə olaraq İblis obrazını “qadın aktrisa” – XIA sinif şagirdi Əsədzadə Fatimə canlandırmışdır.
Tədbirin sonunda çıxış edən müəllimlər bu gözəl tədbiri Hüseyn Cavid irsinə böyük məhəbbət və ehtiramın təcəssümü kimi qiymətləndirmişlər.