Asudə vaxtdan səmərəli istifadə edək
Uşaq Hüquqları Konvensiyasının 31- ci maddəsində göstərilirki, uşaq istirahət, asudə vaxt və mədəni həyatda, yaradıcılıq həyatında iştirak etmək hüququna malikdir.
Bizim məktəbin şagirdləri də asudə vaxtlarından çox səmərəli istifadə edirlər. Şagirdlərimizin bəziləri qəsəbədə fəaliyyət göstərən 4№ - li incəsənət məktəbində məşgul olurlar. Həmin şagirdlər məktəbimizdə də keçirilən ədəbi- bədii gecələrdə fəal iştirak edirlər. Tofik Quliyevin 100 illik yubileyində musiqi sevərlərimiz incəsənət məktəbində öz bacarıqları ilə seçilmişlər.
Şagirdlərin intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya- başa çatması üçün məktəbdə bir sıra layihələr həyata keçirilir.