İnsan alverindən özünü qoru!
06.12.2015- ci il tarixində E.Əliyev adına 234№-li tam orta məktəbin yuxarı sinif şagirdləri ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin görüşü keçirildi. İnsan alveri, erkən nigah və onun fəsadları haqqında söhbət aparıldı. Psixoloq Mətanət Abdullayevanın suallarına cavab verən şagirdlər mövzuya öz münasibətlərini bildirdilər. Məktəbin müəllimləri də mövzu ilə əlaqədar çıxış edərək şagirdlərə öz tövsiyələrini verdilər.