Vətənimizi xaricdə layiqincə təmsil edən azərbaycanlı
Kərim Abbasəli oğlu Kərimovun 100 illik yubileyinə həsr olunmuş bugünkü fizika dərsində alimin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verildi.
Fizika müəllimi A.Rəhimova şagirdlərə bildirdi ki,tanınmış mühəndis və alim, artilleriya geniral-leytinantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri, sovet kosmik proqramının banilərindən biri olan Kərim Kərimov Azərbaycan elminin layiqli alimidir.
Şagirdlər topladıqları məlumatlardan çıxış edərək bildirdilər ki, Kərim Kərimov Baykonurkosmodromunun əsası qoyulan gündən Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibində olaraq, kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun böyük əməyi olmuşdur.
Şagirdlər yazdıqları bülletenlərdə göstərdilər ki, 25 il Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri kimi çalışan, bütün sistemlərin hazırlığına cavabdeh olan Kərim Kərimov Azərbaycan Dövlətinin və xalqının fəxridir.
Dərsin sonunda Aygün müəllimə belə şəxsiyyətlərin həyat və fəaliyyətinin gənclər üçün örnək olduğunu bir daha vurğuladı.