Uğurlarımız davamlı olsun...
İstedadlı şagirdlərin aşkar edilməsi ilə əlaqədar keçirilən fənn müsabiqəsinin I mərhələsində fizika fənni üzrə məktəbin VII a sinif şagirdi Əliyev Rüstəm Rəşad oğlu topladığı bal ilə müsabiqənin II mərhələsində iştirak edəcək. Onun belə nailiyyət qazanmasında əziyyəti olan məktəbin fizika müəllimi Sevinc Qarayeva Rüstəmin II mərhələdə də uğurlar qazanması üçün məktəb proqramına uyğun tapşırıqlarla yanaşı şagirdin məntiqi təfəkkürünü, analiz qabiliyyətini inkişaf etdirmək məqsədilə səylə məşğul olur.