Balaca fidanların sevinci
Uşaq Hüquqları Konvensiyasının iştirakı olan dövlətlər bütün uşaqların asudə vaxt və istirahət üçün müvafiq və bərabər imkanlar yaradılmasına kömək göstərir. Məktəbin ibtidai sinif müəllimi Cəlalə Məhərrəmova 19.11.2017-ci il tarixində 4c sinif şagirdlərini Heydər Əliyev Mərkəzinə apardı. Azyaşlı şagirdlər Ümümmilli liderimizin keçdiyi həyat yolu ilə yaxından tanış oldular. Cəlalə müəllimə məktəbəhazırlıq qrupunun uşaqlarını isə 20.11.2017-ci il tarixində Dövlət Kukla Teatrında “Göyçək Fatma” nağılının tamaşasına apardı. Tamaşa uşaqlarda həyata sevgi, məktəbə maraq hissi oyatdı. Rus bölməsinin ibtidai sinif müəllimi Elnarə Şiriyeva 16.11.2017-ci il tarixində 3e sinif şagirdlərini Azərbaycan Dövlət Sirkində uşaqlar üçün təşkil olunan tamaşaya baxmaya apardı. Tamaşada nümayiş olunan oyunlar balaca fidanlarda xoş əhval-ruhiyyə yaratdı.