Teatrın uşaqların həyatında rolu
Dövlətimiz uşaqların mədəni və yaradıcılıq həyatında hərtərəfli iştirak etmək hüququna hörmət bəsləyir və bu hüququ təşviq edir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhbubə Kazımova 9b sinif şagirdləri ilə 17.11.2017 –ci il tarixində Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Qarabağnamə” əsərinə tamaşa etdilər. Şagirdlər Qarabağın tarixini bir daha vərəqlədilər.
Şagirdlərin arzusu ilə sonra Azərbaycan Tarix Muzeyinə səyahət etdilər. Keçmişimizi əks etdirən eksponatlarla yaxından tanış oldular. Bir anlığa keçmişimizə səyahət etdilər