Sənətkar ömrü...

      Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün 120 illik yubileyi ilə əlaqədar məktəbimizdə keçirilən  tədbirlərin yekunu olaraq 15.11.2017-ci il tarixində ədəbi-musiqili tədbir keçirildi.

        Tədbiri  məktəbin musiqi müəllimi Əsədova Elnarə açdı və qeyd etdi ki, Bülbül Azərbaycanda həm təsnif ifaçısı, həm opera müğənnisi, həm də musiqi folkloru  tədqiqatçısı kimi əvəzsiz sənətkardır.

       Bülbülün ifasında səslənən xalq mahnıları, “Koroğlu”  operasından Koroğlunun ariyası, Üzeyir Hacıbəylinin “Sənsiz” , “Sevgili canan” romansları rəğbətlə dinlənildi.

        Məktəbin ansamblının ifasında səslənən “Qarabağ”  şikəstəsi  söylənilən şeirlər, ifa olunan digər musiqi əsərləri və rəqslər bir daha şagirdlərin Bülbülün sənətinə olan böyük ehtiramını  nümayiş etdirdi. Sonda müəllimlər çıxışlarında şagirdlərə öz minnətdarlıqlarını bildirdilər və arzu etdilər ki, Bülbülün ifasında səslənən “Şuşanın dağları” mahnısı tezliklə Qarabağımızda səslənsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi