12 Noyabr “Konstitusiya Günü”

234 nömrəli  tam orta məktəbdə  “Konstitusiya Günü” qeyd edildi. Tədbiri hazırlayan tarix müəllimi Şəlalə Nəcəfova öz çıxışında bildirdi ki,  Azərbaycan Xalqı çoxəsrlik dövlətçilik ənənələrinə malikdir.  XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurmuş Azərbaycan xalqının dahi oğlu Ümummilli Lider Heydər Əliyev azad  Azərbaycanın yeni  Konstitusiyasının hazırlanmasına rəhbərlik etmişdir. Çıxış edən 8-ci sinif şagirdləri bildirdilər ki, vətəndaş olaraq hər birimiz ölkəmizin ali qanunu Konstitusiyamızı bilməliyik və ondan irəli gələn vəzifələrimizi icra etməyə borcluyuq. Onlar öz çıxışlarında insan hüquqları barəsində bildiklərini aşağı sinif şagirdləri qarşısında bacarıqla nümayiş etdirdilər.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi