Məktəbimizdə Bülbülün 120 illik yubileyi qeyd edildi.
01.11.17-ci il tarixdə məktəbimizdə Azərbaycan vokal sənətinin banisi Bülbülün 120 illik yubileyi münasibətilə “dəyirmi masa” keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın VIII sinif şagirdləri ilə birlikdə hazırladığı tədbir məktəb ansamblının ifasında “Heyratı” sədaları altında açıldı. Sonra şagirdlər Azərbaycan professional musiqisinin ən görkəmli nümayəndələrindən biri olan Bülbülün həyatı, təhsili, musiqimizin inkişafı və təbliği istiqamətindəki əvəzsiz xidmətləri haqqında geniş məlumat verdilər. Təkrarolunmaz səs sahibinin ifasında “Küçələrə su səpmişəm”, “Xumar oldum” xalq mahnıları, “Sevgili canan”, “Sənsiz” romansları səsləndirilmişdir. Tədbirin sonunda çıxış edənlər: təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Atakişiyeva, tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva, kimya müəllimi Reyhan Atakişiyeva, musiqi müəllimi Elnarə Əsədova,texnologiya müəllimi Əzizə Məmmədova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildirdilər, Bülbülün - bu ecazkar səs sahibinin xalqımızın milli-mədəni sərvəti olduğunu vurğuladılar.