“ Müstəqilliyimiz əbədi və dönməz olsun”
18 Oktyabr – Müstəqillik gününə həsr olunmuş “ Müstəqilliyimiz əbədi və dönməz olsun” adlı tədbir 234 №-li tam orta məktəbin tarix müəllimi Nəcəfova Şəlalə tərəfindən hazırlanmışdı. Tədbirdə 8 və 5 ci sinif şagirdləri iştirak edirdi. Tədbirin ədəbi – bədii və musiqili hissəsində şagirdlərimiz sevinclə, ruh yüksəkliyi ilə iştirak etdilər. İbtidai sinifdən orta təhsil pilləsinə qədəm qoymuş beşincilərin həyatında bu tədbir silinməz izlər qoydu. Bunu şagirdlərin çöhrəsindəki təbəssümdən də aydın görmək olardı. Məktəbin direktor əvəzi İ .A.Atakişiyeva və tərbiyə işləri üzrə direktor müavini E.H.Əliyeva öz çıxışlarında bildirdilər ki, şəhidlərimizin qanı hesabına qazandığımız müstəqilliyimiz Ümummilli liderimizin dediyi kimi əbədi və dönməz olmalıdır və xalqımız həmişə firavan yaşamalıdır.