Xocalı
26 fevral 2015-ci il tarixində məktəbdə Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. Faciə qurbanları bir dəqiqəlik sükutla yad edilmiş, məktəbin tarix müəllimi Xəlilova Firəngiz çıxış edərək soyqırım və onu qurbanları, Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Kəmalə faciənin ədəbiyyatımızda bədii əksi haqqında qısa məlumat vermişlər. Sonra xalq şairi Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım!” şeiri və Kəmalə Əliyevanın yazdığı ssenari əsasında VIIIA və XB sinif şagirdlərinin iştirakı ilə səhnələşdirilmiş “Qanımızı yerdə qoymayın!” adlı tamaşa göstərilmişdir. Tədbirin sonunda çıxış edənlər Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını və xalqımızın qələbəyə inamını vurğulamışlar.