Mülki müdafiə
25 fevral 2015-ci il tarixində məktəbdə 1 mart – Ümumdünya Mülki müdafiə günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə iştirak edən qonaqlar – Xəzər rayon FH və MM şöbəsi rəisinin icraçısı kapitan Cəsarət Kərimov, MM idarəsinin nümayəndələri Mehdiyev Anar, Məhərrəmov Rəfael, şöbənin mütəxəsis mühəndisi Şirin Quliyev, mütəxəsis kimyaçısı Nəcabət Abasova və Buzovna qəsəbəsində yerləşən məktəblərin direktorları əvvəlcə şagirdlərin əl işlərindən və rəsmlərindən ibarət sərgi ilə tanış oldular : müəllim Zenfira Babayevanın 7c sinif şagirdləri ilə birlikdə hazırladığı “ Fəlakətlərə mərdliklə sinə gərək! “ kompozisiyasına baxış keçirildi. Sonra Kəmalə əliyevanın 8a sinfində verdiyi “ Qanaxmalar, sınıqlar, yanıqlar və başqa bədbəxt hadisələr zamanı özünə qarşılıqlı yardım üsulları ” mövzusunda açıq dərs dinlənildi.