Ana Dili

20 fevral 2015-ci il tarixində məktəbdə Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri Əliyeva Kəmalə Hafiz qızı tədbiri açaraq ana dilimiz, onun gözəlliyi və zənginliyi haqqında qısa məlumat vermiş, sonra onun ssenarisi əsasında şagirdlərin iştirakı ilə səhnələşdirilmiş “Ana dilim şirindir” adlı tamaşa göstərilmişdir. Tamaşada layla, bayatı, əmək nəğmələri (sayaçı sözləri və holavarlar), rəvayət, atalar sözləri, lətifə, nağıl və alqışlar səsləndirilərək ana dilimizin – xalqımızın milli mənliyinin, mənəviyyatının, mədəniyyətinin, milli varlığının təsdiqi olması bir ailə fonunda işıqlandırılmış, B.Vahabzadənin və X.R.Ulutürkün ana dili haqqında şeirləri səsləndirilmişdir. Tədbirin sonunda çıxış edən məktəb direktoru Sima Mehdiyeva məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin əməyini və gənc nəslin təlim-tərbiyəsində onların önəmli rolunu qeyd etmiş, Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadanın şəhər mərhələsinin I turunda fərqlənmiş şagirdləri – XIA sinif şagirdləri Quluzadə Rəhimə (92,5 bal) və Həmzəyeva Zərifə (90 bal), XB sinif şagirdləri Hüseynova Samirə (92,5 bal) və Həmzəyeva Nigarı (90 bal) təbrik etmiş, onlara II turda uğurlar arzulamış, bu şagirdlərin müəllimlərinə - Əzizə Məmmədovaya və Kəmalə Əliyevaya təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi