Azərbaycan – yurdum mənim
15 yanvar 2015-ci il tarixində məktəbdə “Azərbaycan – yurdum mənim” adlı ədəbi-bədii musiqili tədbir keçirilmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Kəmalə Hafiz qızının VA, VIIIA və XB sinif şagirdlərinin iştirakı ilə hazırladığı bu tədbirdə ana yurdumuz Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, incəsənəti, mədəniyyət və turizm mərkəzləri, işğal olunmuş əraziləri və s. haqqında maraqlı məlumatlar verildi, B.Vahabzadə, M.Araz, T.Bayram, G.Fəzli və s. kimi böyük şairlərin şeirləri söyləndi, vətən məhəbbətindən yoğrulmuş mahnılar səsləndirildi. İşğal altında olan torpaqlarımızın azad olunması ilə düşmən üzərində tam qələbə çalacağımıza inam hissi aşılayan tədbirin sonunda çıxış edən məktəb direktoru və müəllimlər fənlərarası inteqrasiyanı, şeirin və musiqinin vəhdətindən doğan yüksək vətənpərvərlik ruhunu xüsusi vurğuladılar.