Respublika Günü
Şanlı tariximizə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bununla əlaqədar məktəbimizdə 28 May Respublika Gününə həsr olunmuş tədbir ibtidai sinif müəllimimiz Tənzilə Tağıyanın rəhbəri olduğu 2-ci sinif şagirdlərinin iştirakı ilə hazırlandı. Tədbirdə iştirak edən məktəbimizin direktoru Ülvi Məmmədov da öz fikirlərini bölüşdü. Bildirdi ki, 28 May- Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulub, dövlətçilik ənənələri, onun qorunub saxlanılması, inkişaf etdirilməsi barədə məlumat verdi və tədbirdə əməyi keçənlərə təşəkkürünü bildirdi.Dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq. Çətinliklə əldə edilən müstəqilliyimizi qoruyaq və möhkəmləndirək!Cümhuriyyət bayramımız mübarək!