Sağlam həyat tərzi
Ekoloji aylıqlar layihəsi əsasında may ayında “Sağlam həyat tərzi” mövzusunda məktəbimizin biologiya müəllimi Pərvanə Piriyeva və Mətanət Hüseynova 22.05.2017-ci il tarixdə 8b sinif şagirdləri ilə birlikdə “Sağlamlıq gözəllikdir” adlı dəyirmi masa təşkil etdi. Dərsdə şagirdlər biologiya və həyat bilgisi fənnindən öyrəndikləri biliklərə əsasən məktəblinin gündəlik rejimi, meyvə və tərəvəzlərin faydaları, suyun insan orqanizmində əhəmiyyəti haqqında məlumat verdilər. Mədinə Binaktari dərs zamanı müxtəlif çərəzlərdən insan orqanizmi üçün xeyirli olan məcun hazırladı. Dəyirmi masada söylənən fikirlər şagirdlərdə sağlamlığın insan həyatında nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi.