Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi

Ekoloji aylıqlar layihəsi əsasında aprel ayında “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda məktəbimizin biologiya müəllimi Pərvanə Piriyeva, coğrafiya müəllimi Şəhla Cəbiyeva 8-ci sinif şagirdləri ilə birlikdə dəyirmi masa təşkil etdi. Dəyirmi masada təbiətə qayğıkeş münasibətdən və ekoloji təfəkkürün yaranmasından danışdılar. O cümlədən vətənimizin yeraltı və yerüstü sərvətləri, biomüxtəlifliyi haqqında maraqlı çıxışlar etdilər, Şəhla Cəbiyeva Azərbaycanın yaşıl meşələri, bitkilər və heyvanlar aləmi, zəngin təbii sərvətləri, neft, qaz, pambıq, mineral suları, Xəzər dənizi haqqında ətraflı məlumat verdi. Layihənin əsas məqsədi şagirdləri ekoloji cəhətdən maarifləndirmək, təbiətə məsuliyyət hissini formalaşdırmaq, ətraf mühiti və təbiət haqqında biliklərini daha da dərinləşdirməkdir. Həmçinin maarifləndirmə zamanı əldə olunan biliklər, qazanılan təcrübələr ekoloji mədəniyyətin yaranmasına səbəb olur və gənc nəslin təbiətdə biomüxtəliflik anlayışına maraq, növ müxtəliflikləri, onların qorunması, təbiətin verdiyi nemətlərin qədrini bilmək, canlılar aləmini sevməyi öyrədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi