Kitab bilik xəzinəsidir

Məktəbimizin rus bölməsində ibtidai sinif müəllimi Elnarə Şiriyeva rəhbəri olduğu 2e sinif şagirdləri ilə 04.04.2017-ci il tarixdə "Kitab bilik xəzinəsidir" adlı tədbir keçirdi. Tədbirin əsas məqsədi balaca oxuculara mütaliənin əhəmiyyətini, insanların dünyagörüşünün formalaşmasında və inkişafında kitabların rolunu başa salmaq idi. Tədbir zövqlə tərtib olunmuş səhnə və müxtəlif nağıl qəhrəmanlarının obrazları ilə yadda qaldı. E. Şiriyeva öz yetirmələrinə mənəviyyatlarının daha da zəngin olmağı üçün daima oxu vərdişlərini inkişaf etdirməli olduqlarını bildirdi. Sonda məktəbimizin direktoru Ülvi Məmmədov da tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. O çıxışında vurğuladı ki, mütaliə bizim üçün dünyaya pəncərə açmaqla bərabər, bizə özümüzü, öz millətimizi dərk etmək imkanı yaradır, beləliklə, bizi milli-mənəvi dəyərlərimizə daha da dərindən bağlayır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi