Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası

01.04.2017-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “İstək” liseyi tərəfindən birgə həyata keçirilən “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası"nın məktəb mərhələsi təşkil olundu. V-VI siniflər arasında 121 şagirdin iştirak etdiyi bilik yarışının ilk turu məktəbimizdə saat 10:00-da başlayıb və 11:30-da bitdi. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olundu.Olimpiadanın əsas məqsədi istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. İlk turda uğur qazanan şagirdlərimiz olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.Şagirdlərimizə uğurlar arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi