Torpaq çərşənbəsi
Bu gün "İlaxır çərşənbə" olan "Torpaq çərşənbəsi"dir. Bu münasibətlə Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın ssenarisi əsasında VI -X sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyada "ana torpaq" deyə əzizlədiyimiz torpağın özəllikləri, qədim əcdadlarımızın torpağa verdikləri dəyər haqqında danışıldı, torpaqla bağlı atalar sözləri, tapmacalar, bayram əhvali-ruhiyyəli şeirlər ifa olundu. VI A sinif şagirdləri Əlizadə Gülmirzə və Salahlı Teymurun tarda ifa etdikləri təranələr, xüsusilə "Qarabağ şikəstəsi" hamının bayram ovqatını daha da yüksəltdi.