Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası mövzusunda ədəbi-musiqili tədbir
28.02.2017-ci il tarixdə od çərşənbəsinə və BŞTİ-nin "Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası" mövzusunda fevral aylığının yekununa həsr olunmuş ədəbi-musiqili tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın hazırladığı bu tədbirdə od çərşənbəsi və onunla bağlı inanclar, od haqqında atalar sözləri, tapmacalar, alqışlar səsləndirildi, od, atəşlə bağlı tarixi abidələrimiz haqqında məlumat verildi. Məktəbin xalq çaığı alətlərindən ibarət ansamblının müşayiəti ilə VI sinif şagirdi İsgəndərov Elxanın ifasında səslənən "Dağlar" və "Bayram" mahnısı, eləcə də VII c sinif şagirdləri Cəfərli Vüsal və Əzizzadə Mehdinin ifasında Azərbaycan xalq rəqsləri hamıya xoş ovqat bəxş etdi. Tədbir üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğanacağına, qələbəyə həsr olunmuş tədbirlərin keçiriləcəyinə inam hissi ilə sona çatdı.