Ailə yeniyetmələrin gözü ilə mözvusunda iclas
25.02.2017-ci il tarixdə VIII, IX və XI sinif şagirdlərinin valideynləri ilə məktəbimizin akt zalında psixoloq və sosial iş üzrə mütəxəssislərlə “Ailə yeniyetmələrin gözü ilə” mövzusunda görüş təşkil olunmuşdur. Görüş ibtidai sinif müəlliməmiz Cəlalə Məhərrəmovanın təşkilatçılığı ilə baş tutdu. İclas zamanı uşaq inkişafı üzrə mütəxəssis Pəri Abdullayeva, Ailələrə Dəstək Mərkəzinin psixoloqu Mətanət Abdullayeva qeyd olunan məsələlərə toxundular:1. Yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri;2. Yeniyetmələrin xarakterinin formalaşmasında ailə tərbiyəsinin və məktəb mühitinin rolu; 3. Ailə münaqişələrinin, ailədaxili zorakılığın yeniyetmələrə təsiri.Məktəbin direktoru Ülvi Məmmədov valideynlərin psixoloqlarla görüşünün zəruriliyini vurğuladı, öz fikir və məsləhətlərini bölüşdü.