Ekoloji aylıqlar
“Ekoloji aylıqlar“ çərçivəsində yanvar ayı üçün hazırlanmış tədbirlər planına əsasən məktəbin kitabxanasında Adilova Dilavər tərəfindən “Müdriklər qənaət haqqında” adlı guşə yaradılmışdır.Tədbirlər planına əsasən “İsrafçılıq, ya səxavət, qənaət, ya xəsislik” mövzusunda diskussiya da məhz məktəb kitabxanasında keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva VIIa, VIIc və Xa sinif şagirdləri ilə mövzu ətrafında söhbət apardı. Şagirdlərin müasir dövrdə israfçılığın törətdiyi bəlalar, nəfsinə qalib gələ bilməyən insanların qarşılaşdıqları çətinliklər, qənaət və onun faydaları haqqında fikirləri çox maraqlı idi. K.Əliyevanın qənaət haqqında şeirində şagirdlərə bir müəllim tövsiyəsi verildi. Tədbirin sonunda aylıq çərçivəsində “Qənaət bitib-tükənməyən xəzinədir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri də elan edilmişdir.