Həqiqətlər və müəammalar adlı tədbir

16.01.2017-ci il tarixdə məktəbin kitabxanasında "Gənc ədəbiyyatçı dərnəyinin üzvlərinin hazırladığı Ruhulla Axundovun həyat və fəaliyyətini işıqlandıran "Həqiqətlər və müəammalar" adlı tədbir keçirildi. Şagirdlər Sovet ideyalarına sadiq inqilabçı, "Öz qurduğu rejimin gülləsinə tuş gələn Ruhulla Axundov" mövzusunda hazırladıqları məruzələrlə çıxış etdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Məmmədova öz çıxışında şagirdlərə bildirdi ki, Ruhulla Axundov ikicildlik "Rusca-türkcə lüğəti" nin tərtibçilərindən biri olmuş, Azərbaycan dilində siyasi texnologiya yaradılması və yeni əlifbaya keçilməsində mühüm rol oynamış, tarix, ədəbiyyat və incəsənətə aid bir sıra əsərlərin müəllifi olmuşdur. "Kommunist", "Hüriyyət", "Bakinsk raboçi" qəzetlərinin redaktoru olmuşdur. Tədbirdə A.İldırım, Ə. Cavad və H. Abbasın şeirləri səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi