Ekoloji aylıqlar layihəsi

Bildiyiniz kimi, 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq” dır. İstiqamətin seçilməsində əsas məqsəd şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq və onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsindən ibarətdir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif Ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Keçirilməsi nəzərdə tutulan layihələrdən biri də “Ekoloji aylıqlar” layihəsidir. Məktəbimizdə 09.01.2017-ci il tarixdə “Ekoloji aylıqlar” layihəsini həyata keçirmək məqsədilə təşkilat komitəsi yaradılmışdır. Layihə çərçivəsində görüləcək işlər müzakirə olunmuş, yanvar ayı üçün tədbirlər planı hazırlanmışdır.“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər həyata keçirmək məqsədi ilə yaradılmıştəşkilat komitəsinin tərkibi:1. Atakişiyeva İradə A. –təlim tər.iş üz.d/m.2. Əliyeva Elmira H. –tərb.iş.üz.d/m.- sədr3. Əliyeva Kəmalə H. –Azərbaycan dili və ədəbiyyat m/b4. Fərzəliyeva Arzu A. –İbtidai sinif m/b5. Piriyeva Pərvanə Ə. –Kimya- biologiya m/b
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi