Əməkdar müəllim Kəmalə Əliyevanın "Salam, Şuşa! Şuşa, salam!" şeiri "İşıq" jurnalında işıq üzü görüb.
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyevanın "Salam, Şuşa! Şuşa, salam!" şeiri "İşıq" jurnalının 2022-ci ildə çıxan son nömrəsində işıq üzü görüb. Müəllif bu şeiri ilə "Şuşa ili"nə bir müəllim töhfəsi verməsi ilə qürur duyduğunu vurğulayıb.
Kəmalə müəllimi bu münasibətlə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.