Ceyhun Hacıbəylinin 125 illiyi
Görkəmli yazıçı, publisist, tərcüməçi, ictimai xadim, Azərbaycanın azadlığı uğrunda mücahid Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə 21.11.2016-cı il tarixdə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Məmmədovanın rəhbərliyi və 10, 11-ci sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Bu münasibət ilə publisistə həsr olunmuş dəyirmi masada şagirdlər yazıçının yaradıcılığından və həyat yolundan bəhs etdilər. Publisistin ictimai fəaliyyəti də onun ünvanına ən dəyərli fikirlərin söyləməsinə əsas verir. C.Hacıbəylinin xatirəsinin layiqincə əbədiləşdirilməsi, yubileyin keçirilməsi, irsinin tədqiqi hər birimizin vətəndaşlıq borcudur.