Azərbaycan tarixinin qızıl səhifələri

1 noyabr tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Kəmalə 5C sinif şagirdləri ilə 9 Noyabr – Bayraq Günü, 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş “Azərbaycan tarixinin qızıl səhifələri” adlı ədəbi-bədii tədbir - dərs keçirmişdir. Müəllim və şagirdlər bu şanlı tarixlər haqqında ətraflı məlumat vermiş, müstəqillik, üçrəngli bayrağımız haqqında şeirlər söyləmiş, dövlətimizə, dövlət rəmzlərimizə hörmət və məhəbbətlərini izah etmişlər. Tədbirin sonunda çıxış edən tərbiyə işləri üzrə direktor müavini Əliyeva Elmira, 5C sinfinin sinif rəhbəri Hacızadə Nailə və bu sinfin ibtidai sinif müəllimi Əkbərova Fəridə müstəqil Azərbaycan üçün belə vətənpərvər vətəndaşlar yetişdirdiyimizə görə qürur duyduqlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi