Ailə Dəyərlərinin İnkişafı layihəsi
10.11.2016-cı il tarixdə "Aydınlığa doğru" milli -mənəvi dəyərlərin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə "Ailə Dəyərlərinin İnkişafı" layihəsi çərçivəsində "Aydınlığa doğru" İB-in sədr müavini, ailə və uşaq psixoloqu Şəhla Hilalqızı məktəbimizin konfrans zalında 8-ci sinif şagirdləri ilə "Ailə - şəfqət, sevgi, həmrəylik, birlik, sədaqət, səadət məktəbidir" mövzularında söhbətlər apardı. Həmçinin məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhbubə Kazımova, tarix müəllimləri Firəngiz Xəlilova, Abbas Mövsümov öz məsləhətlərini və fikirlərini şagirdlərlə bölüşüb ailə dəyərlərindən, şagird şəxsiyyətinin formalaşmasında ailənin rolundan danışdılar, dosta sevgi ilkin olaraq ailədə formalaşmağa başladığını vurğuladılar. İnsan fərd kimi doğulur, şəxsiyyətə çevrilir, layiqli şəxsiyyət, sağlam gələcək yetişdirmək üçün ailənin danılmaz rolundan danışıldı.Daha bir maarifləndirici görüşümüz də maraqlı müzakirələrlə yekunlaşdı.