Dövlətimin tamhüquqlu vətəndaşıyam
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr 2016-cı il tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bu məqsədlə məktəbimizdə “Mənim hüquqlarım” mövzusunda rəsm müsabiqəsi keçirilmiş, ən gözəl işlərdən ibarət rəsm sərgisi təşkil edilmişdir. 04 noyabr 2016-cı il tarixdə isə məktəbin V-VI sinif şagirdləri ilə “Dövlətimin tamhüquqlu vətəndaşıyam” adlı ədəbi –bədii tədbir keçirilmişdir. Tədbirdə çıxış edən müəllimlər - tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva, riyaziyyat müəllimi Həbibova Kamilə, Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Əzizə, ingilis dili müəllimi Məmmədova Güldanə şagirdlərə uşaq hüquqları və onların qorunması haqqında məlumat vermiş, şagirdlər hüquqi dövlətimizdə onlara olan qayğı barədə danışmış, vətənpərvərlik ruhunda şeirlər ifa etmişlər. Tədbir şagirdlərin ifasında “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar!” mahnısı ilə sona çatmışdı